Tbilisidə etiraz aksiyalarının bu gün də davam etməsi gözlənilir

Tbilisidə etiraz aksiyalarının bu gün də davam etməsi gözlənilir
# 21 iyun 2019 10:24 (UTC +04:00)

Tbilisidə etiraz aksiyalarının bu gün də davam etməsi gözlənilir.

APA-nın yerli bürosu xəbər verir ki, müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Qriqol Vaşadze bu gün saat 19:00-da nümayişçilərin yenidən parlament binasının yerləşdiyi əraziyə toplaşacağını açıqlayıb.

Hazırda parlament binasının qarşısında vəziyyət stabildir. Binanın önündə polis əməkdaşları dayanıb.

Qeyd edək ki, ötən gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Etiraz aksiyasında Parlamentin sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Giorgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR