Tbilisidə etiraz aksiyası gecə boyunca davam edib

Tbilisidə etiraz aksiyası gecə boyunca davam edib
# 15 noyabr 2019 10:24 (UTC +04:00)

Tbilisidə dünən başlayan etiraz aksiyası gecə boyunca davam edib.

APA-nın yerli bürosu xəbər verir ki, parlament qarşısına çadırlar quran “Utanc” hərəkatının üzvləri Rustaveli prospektində avtomobillərin hərəkətininin bərpasına icazə verməyiblər. Hərəkat üzvləri tələbləri qəbul edilənəcək etiraz aksiyalarını davam etdirəcəklərini və prospektdə hərəkətə icazə verməyəcəklərini bildiriblər.

Gürcüstanın müxalif “Vətənpərvərlər Alyansı” isə bu gün parlamentə proporsional seçki sisteminə keçidlə bağlı yeni qanun layihəsi təqdim edəcəyini açıqlayıb. Partiyanın lideri İrma İnaşvili parlament çoxluğu olan “Gürcü Arzusu” Partiyasının hələ də kiçik dəyişikliklə konstitusiya düzəlişini qəbul etmək imkanı olduğunu deyib.

“Hətta bu böhran anında belə, çoxluq vəziyyəti düzəldə və uğursuz alınmış layihəni yüngül dəyişikliklə qəbul edə bilər. Bizim xırda dəyişikliklər etmək hüququmuz var. Təbii baryer 0.7 faiz əvəzinə 0.67 faiz ola bilər. Bu dəyişiklikilə biz parlamentə bu gün daxil ola bilərik”, - deyə İ.İnaşvili bildirib.

Qeyd edək ki, ötən gün 2020-ci ildə Gürcüstanda proporsional qaydada parlament seçkilərinin keçirilməsini nəzərdə tutan konstitusiya düzəlişi layihəsi səsvermədən keçməyib. Parlament çoxluğu olan "Gürcü Arzusu" Partiyasının təqdim etdiyi düzəliş ilk oxunuşda kifayət qədər səs toplaya bilməyib. Mövcud qanunvericiliyə görə, konstitusiya düzəlişinin qəbul edilməsi üçün parlamentin 150 üzvündən 113-nün razılığı tələb edilir. Səsvermədə isə cəmi 101 deputat lehinə səs verib.

Məsələ ilə əlaqədar ötən gün aralarında parlamentin vitse-spikeri Tamar Çuqoşvili də olmaqla 8 millət vəkili hakim “Gürcü Arzusu” Partiyasından istefa verdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR