Tbilisidə keçirilən aksiyada 20 nəfər saxlanılıb

Tbilisidə keçirilən aksiyada 20 nəfər saxlanılıb
# 21 iyun 2019 12:16 (UTC +04:00)

Tbilisidə parlament binası qarşısında keçirilən aksiya zamanı 20 nəfər saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, saxlanılanlar bu gün müvəqqəti saxlama təcridxanasından Tbilisi Şəhər Məhkəməsinə göndəriliblər. Saxlanılanların əksəriyyəti polisə müqavimət və xuliqanlıq maddələri ilə ittiham edilirlər. Həmçinin Gürcüstan baş nazirinin müşaviri David Sergeenko etirazçılar və polis arasında baş tutan qarşıdurmalar zamanı xəsarət alanların sayının 70-ə çatdığını bildirib. Yaralananlardan 30-u nümayişçi, 39-u isə hüquq mühafizə orqanlarının əməkdaşlarıdır.

Qeyd edək ki, ötən gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR