Tbilisidə parlament binası qarşısında etiraz aksiyası keçirilir

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası keçirilir
# 14 noyabr 2019 15:19 (UTC +04:00)

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, aksiya iştirakçıları proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişinin parlamentdə keçirilən səsvermədə qəbul edilməməsinə etiraz edirlər.

Hazırda parlament binasının yerləşdiyi Rustaveili prospektinin bir hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Mitinqin saat 19:00-da geniş vüsət alacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR