Tbilisidə yaşayış binasında partlayış baş verib, yaralılar var

Tbilisidə yaşayış binasında partlayış baş verib, yaralılar var
  • Clock-gray 09:31
  • calendar-gray 19 Oktyabr 2019

Tbilisinin Quramişvili küçəsində yerləşən yaşayış binasında güclü partlayış baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, partlayış səhər saatlarında, binanın 4-cü mərtəbəsində qeydə alınıb.

Hadisə zamanı bir neçə nəfər xəsarət alıb, hazırda onların sayı müəyyənləşdirilir.

Binanın sakinləri təxliyə ediliblər. Partlayışın təbii qaz sızıntısından baş verdiyi ehtimal olunur. Hadisə nəticəsində binanın həyətindəki avtomobillərə də zərər dəyib.

Əraziyə polis və xilasedicilər cəlb edilib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date