Tehranın sabiq meri həyat yoldaşını qətlə yetirib

Tehranın sabiq meri həyat yoldaşını qətlə yetirib
  • Clock-gray 20:58
  • calendar-gray 28 May 2019

Tehranın sabiq meri həyat yoldaşını qətlə yetirdiyi üçün həbs olunub.

ONA-nın Tehran bürosunun məlumatına görə, sabiq mer Məhəmmədəli Nəcəfi polis idarəsinə müraciətində bu gün səhər həyat yoldaşını odlu silahla qətlə yetirdiyini etiraf edib.

Məlumata görə, Mitra Ustadi merin ikinci həyat yoldaşıdır. O bu gün səhər evində bir neçə güllə yarası alaraq qətl yetirilib. Polis əsas şübhəli kimi onun  həyat yoldaşı sabiq mer M.Nəcəfini axtarırmış, günün ikinci yarısı mer özü polisə təslim olub və qətli törətdiyini bildirib.

Nəcəfi qətldə istifadə etdiyi odlu silahı da polisə təqdim edib. Sabiq mer cinayəti ailədaxili münaqişə zəminində törətdiyini bildirib.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date