Tereza Mey Baş Nazir kimi sonuncu çıxışını edib

Tereza Mey Baş Nazir kimi sonuncu çıxışını edib
# 24 iyul 2019 18:02 (UTC +04:00)

Böyük Britaniyanın Baş Naziri Tereza Mey bu gün “10 Downing Street”də Baş Nazir olaraq son dəfə çıxış edib.

APA-nın London bürosunun verdiyi xəbərə görə, T. Mey ölkəsinə xidmət etməyin onun üçün böyük şərəf olduğunu bildirərək, Britaniya xalqına təşəkkür edib. O, Britaniyanın ikinci qadın Baş Naziri olmağından qürur duyduğunu qeyd edib. Tereza Mey Britaniyanın yeni Baş Naziri Boris Consona uğurlar arzulayıb.

Daha sonra isə Böyük Britaniyanın kraliçası II Yelizaveta ilə görüşmək, istefasını ona tədqim etmək üçün Bukingem Sarayına gedib.

Qeyd edək ki, Britaniyanın yeni Baş Naziri Boris Conson da Tereza Meydən sonra kraliça ilə görüşəcək və yeni hökumət kabinetini yaradacaq.

Xatırladaq ki, Tereza Mey iyunun 7-də Mühafizəkarlar Partiyasının liderindən və Baş Nazir vəzifəsindən istefa verib. O, yeni Baş Nazirin adı açıqlanana qədər vəzifəsində qalıb. İyulun 23-də Britaniyanın keçmiş Xarici İşlər naziri Boris Conson, Britaniyanın hazırkı Xarici İşlər naziri Ceremi Hant ilə baş nazirlik uğrunda gedən mübarizədə qalib gəlib. Boris Conson Britaniya kraliçası ilə görüşdükdən sonra rəsmi olaraq vəzifəsinə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR