Tereza Mey partiya sədri vəzifəsini tərk edib

Tereza Mey partiya sədri vəzifəsini tərk edib
# 07 iyun 2019 23:48 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Tereza Mey Mühafizəkarlar partiyasının sədri vəzifəsindən istefa verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Mey partiyanın rəhbər komitəsini məlumatlandırıb.

Bildirilir ki, T.Mey yeni baş nazir seçilənə qədər hələlik bu vəzifədə qalacaq. İyulun ikinci yarısında artıq yeni hökumət başçısının adının bəlli olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR