Təslim olan terrorçular HDP-nin PKK ilə əlaqələrini etiraf ediblər

Təslim olan terrorçular HDP-nin PKK ilə əlaqələrini etiraf ediblər
# 29 sentyabr 2019 03:16 (UTC +04:00)

Türkiyədə təslim olan terrorçular Xalqların Demokratik Partiyasının (HDP) PKK terror təşkilatı ilə əlaqəsi olduğunu bildiriblər.

APA-nın “Anadolu” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Kürdistan İcmalar Birliyi (KCK- Koma Ciwaken Kürdistan) terror

təşkilatından qaçan 5 terrorççu təşkilata necə qoşulduqlarını anladıblar.

Bu etiraflar PKK terrorçuları tərəfindən dağa qaçırılan yeniyetmə və gənclərin analarının HDP Diyarbəkir təşkilatı önündə keirdikləri etiraz

aksiyalarında haqlı olduqlarına əsas verib.

“Terrorçu” kod adı daşıyan gənclərdən biri bildirib ki, 15 yaşındaykən onu HDP Van şəhər təşkilatının “Xalqla əlaqələr” şöbəsindən bir şəxs aldadaraq

Hakkarinin Yüksəkova rayon sərhədindən keçirib İraqdakı PKK təşkilatına təhvil verib.

2014-cü ildə 23 yaşındaykən aldadıldığını deyən digər bir gənc HDP-nin Diyarbəkir şəhər təşkilatının xəttilə Suriyaya aparıldığını bildirib.

Seçki kampaniyasına yardım etmək məqsədilə 2015-ci ildə HDP-nin İstanbul Esenyurt rayon təşkilatına getdiyini açıqlayan başqa bir gənc isə orada 45 gün, Diyarbəkir HDP rayon təşkilatında 15 gün müddətində “PKK ideologiyası”, “Qadın tarixi”, “PKK tarixi” kimi mövzular üzrə təlimlər keçərək, sonra Suriyaya göndərildiyini etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR