Tramp Makronla telefon danışığı zamanı İran və Suriya ilə bağlı məsələləri müzakirə edib

Tramp Makronla telefon danışığı zamanı İran və Suriya ilə bağlı məsələləri müzakirə edib
  • Clock-gray 08:34
  • calendar-gray 18 Noyabr 2019


ABŞ Prezidenti Donald Trampla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA TASS-a istinadən xəbər verir ki, danışıqlar zamanı Suriya və İranda baş verən hadisələr, habelə dekabrın əvvəlində Londonda keçiriləcək NATO sammiti müzakirə edilib. 

Ağ Evin mətbuat xidmətinin məlumatında qeyd edilib ki, iki ölkə lideri İran və Suriya ilə bağlı gələcək addımlardan, həmçinin NATO liderlərinin Londonda qarşıdakı görüşündən danışılıb.

Qeyd edək ki, Şimali Atlantika Alyansı Sammiti 3-4 dekabr tarixlərində Londonda keçiriləcək.
 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date