Tramp və Zelenski Polşada görüşə bilərlər

Tramp və Zelenski Polşada görüşə bilərlər
# 27 avqust 2019 17:01 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski Polşada görüşə bilərlər.

APA-nın xəbərinə görə, bunu Ukraynanın paytaxtı Kiyevdə səfərdə olan ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton deyib.

Lakin o, D. Tramp və V. Zelenski arasındakı görüşün mümkün tarixini açıqlamayıb.

Qeyd edək ki, Donald Tramp avqustun sonu – sentyabrın əvvəlində İkinci Dünya müharibəsinin başlanmasının 80-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak məqsədilə Polşanın paytaxtı Varşavada olacaq.

Görüş zamanı Zelenski və Trampın bir sıra sənəd imzalaması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR