Trampın Kopenhagen səfərini təxirə salması Danimarka polisinə 600 min dollara başa gəlib

Trampın Kopenhagen səfərini təxirə salması Danimarka polisinə 600 min dollara başa gəlib
# 10 sentyabr 2019 06:44 (UTC +04:00)

Danimarka polisi sentyabrın ABŞ prezidenti Donald Trampın sentyabrın 2-3-də baş tutmalı olan səfərinə hazırlaşmaq üçün təxminən 4 milyon kron (təxminən 600 min dollar) xərcləyib.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, Danimarka tərəfi Amerika prezidentinin səfəri zamanı polis qüvvələrindən istifadənin ləğvi səbəbindən vəsait itirib.

Qeyd edək ki, avqustun 18-də Tramp, ABŞ-ın Qrenlandiyanı əldə etməkdə maraqlı olduğunu açıqlamışdı. Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiya nümayəndələri adanın satışının müzakirə olunmadığını bildiriblər. Daha sonra Tramp Qrenlandiya ilə bağlı dialoqda perspektivlərin olmamasını əsas gətirərək Danimarkaya sentyabrın 2-3-nə planlaşdırılan səfəri və Kraliça II Marqretlə görüşü təxirə saldığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR