Türkiyə dövlət büdcəsi ilə bağlı vəziyyətin ilin sonunda müsbətə doğru dəyişəcəyinə ümid edir

Türkiyə dövlət büdcəsi ilə bağlı vəziyyətin ilin sonunda müsbətə doğru dəyişəcəyinə ümid edir
# 30 iyul 2019 16:42 (UTC +04:00)

“Bu ilin birinci yarısında Türkiyənin dövlət büdcəsinin gəlirləri azalsa da, ilin ikinci yarısında vəziyyət müsbətə doğru dəyişəcək”.

APA-Economics”in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Maliyyə naziri Berat Albayrak deyib.

Türkiyəli nazirin sözlərinə görə, istənilən halda büdcə kəsiri 3%-i üstələməyəcək. Türkiyə hökumətinin büdcə kəsirinin nisbətinə dair ötən ilin sentyabr ayında açıqladığı hədəf 1,9% təşkil edir.

İyun ayının sonuna olan rəsmi məlumata görə, dövlət büdcəsində 78,6 mlrd. lirəlik kəsir qeydə alınıb. Hökumətin 2019-cu ilin sonuna olan kəsir proqnozu isə 80,6 mlrd. lirə təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR