Türkiyə Müdafiə Nazirliyi: ""Barış bulağı" hərəkatı bölgəsində 40 mina və 227 əl qumbarası aşkarlanıb"

Türkiyə Müdafiə Nazirliyi: ""Barış bulağı" hərəkatı bölgəsində 40 mina və 227 əl qumbarası aşkarlanıb"
# 24 oktyabr 2019 14:27 (UTC +04:00)

"“Barış bulağı” hərəkatı bölgəsində indiyədək 40 mina və 227 əl qumbarası aşkarlanıb”.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyindən verilən açıqlamada bildirlib. Nazirliyin açıqlamasında qeyd olunur ki, özəlliklə terrorçuların məskunlaşdıqları ərazilərdə kilometrlərcə uzunluqda olan tunellər hərtərəfli araşdırılıb və istifadə olunmayacaq vəziyyətə gətirilməsi üçün xüsusi avadanlıqlar tətbiq olunub.

Açıqlamada bildirilir ki, Soçi razılaşması çərçivəsində həyata keçiriləcək və nəzarəti üçün yaradılacaq mexanizmə uyğun görüləcək işlər Rusiya tərəfi ilə davam etməkdədir.

Qeyd edək ki, ABŞ-la razılaşmaya görə, təhlükəsiz bölgəylə bağlı Türkiyə Prezidenti Türkiyənin 12 müşahidə nöqtəsinin olacağından bəhs etmişdi.

Müdafiə Nazirliyindən verilən açıqlamada Soçi razılaşmasından sonra bu müşahidə nöqtələrinin sayının arta və ya azala biləcəyi də qeyd olunub. ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri Türkiyənin “Barış bulağı” hərəkatında təhükəli ağ fosfor kimyəvi mərmisindən istifadə edib-etməməsilə bağlı araşdırma aparılacağını bildirmişdi.

Müdafiə Nazirliyinin açıqlamasında Türkiyənin heç bir kimyəvi silahdan istifadə etmədiyi bir daha vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR