Türkiyə sərhədində İran hərbçiləri ilə terrorçular arasında qarşıdurma olub

Türkiyə sərhədində İran hərbçiləri ilə terrorçular arasında qarşıdurma olub
# 29 may 2019 15:44 (UTC +04:00)

İranda Türkiyə sərhədi yaxınlığında PKK terror təşkilatının İran qolu olan PJAK-la İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri arasında qarşıdurma yaşanıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, qarşıdurma dünən axşam saatlarında ölkənin şimal qərbində, Çaldıran mahalının Segrik kəndi yaxınlığında baş verib.

Nəticədə SEPAH-ın zabiti İbrahim Axundzadə həyatını itirib.

Sərhəddən İrana keçmək istəyən terrorçularla hərbçilər arasında çıxan qarşıdurmada daha bir neçə terrorçu məhv edilib.

Həmçinin onlara məxsus texnika və rabitə vasitələri müsadirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR