Türkiyə XİN ABŞ-ın "erməni soyqırımı"na müsbət mövqeyini sərt şəkildə tənqid edib

Türkiyə XİN ABŞ-ın "erməni soyqırımı"na müsbət mövqeyini sərt şəkildə tənqid edib
# 30 oktyabr 2019 04:24 (UTC +04:00)

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının bu gün "ABŞ-ın "erməni soyqırı"mına münasibətini təsdiqləyən 96 H.Res.296” saylı qətnaməsini sərt şəkildə rədd edib.

APA-nın Türkiyə bürosuna Türkiyə XİN-dən verilən açıqlamada bildirilib ki, daxili siyasətə hesablanaraq qəbul edilən bu qərarın heç bir tarixi və hüquqi əsası yoxdur: “Barış bulağı” Hərəkatımızın qarşısını ala bilməyib bundan məyus olanlar bu yolla ölkəmizdən qisas alacaqlarını düşünməkdə yanılırlar. Çünkü bu qərarın Türkiyə hökuməti və xalqı qarşısında heç bir etibarı yoxdur”.

Açıqlamada daha sonra bildirlib ki, ABŞ-dakı erməni lobbisi və Türkiyə əleyhdarlarını məmnun edəcək bu qərar siyasi bir addım olmaqdan başqa bir anlam daşımır: “Qərar, eyni zamanda, 1948-ci ildə qəbul edilmiş “Soyqırımın qarşısının alınması haqqında” Konvensiyanın müddəalarına zidd olaraq soyqırım tələb etdiyinə görə ABŞ qanunlarına və beynəlxalq hüquqa ziddir.

Beynəlxalq hüquqda 1915-ci il hadisələrino “soyqırım” olara tanıyam bir qərar yoxdur. Əksinə, Avropa İnsan Haqları Məhkəməsi bunun qanuni mübahisə olduğunu qəbul edib.

Bu xüsusda baş verən hadisələr siyasət sahəsi deyil, tarix elminin sahəsidir. Türkiyənin "Ortaq Tarix Komissiyası" qurulması istiqamətində 2005-ci ildə etmiş olduğu təklifin Ermənistan tərəfindən rədd edildiyi xatırlanmalıdır.

Beynəlxalq və regional təhlükəsizlik baxımından fövqəladə həssas bir dövrdə alınan bu qərar Türkiyə və ABŞ əlaqələrini çətinə salmağa istiqamətlidur və bu qərarın ABŞ-ın milli maraqlarına verdiyi və verəcəyi zərərlərin təqdiri Amerikalı siyasətçi və idarəçilər ilə ABŞ xalqınındır. Digər tərəfdən, ABŞ hakimiyyətinin 1915-ci il hadisələrinə münasibətinin dəyişmədiyi qeyd olunur”.

Sonda açıqlamada bildirlib ki, Türkiyə və ABŞ arasındakı müttəfiqlik bağının və dostluq əlaqələrin davamına dəstək verən Amerikadakı Türkiyənin dostları bu dəhşətli səhvi sorgulayacaq: “Və buna görə məsuliyyət daşıyanların ABŞ xalqı tərəfindən ittiham oluanacağına inanırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR