Türkiyə XİN: Aİ-nin sanksiyaları ölkənin Aralıq dənizindəki fəaliyyətinə təsir etməyəcək

Türkiyə XİN: Aİ-nin sanksiyaları ölkənin Aralıq dənizindəki fəaliyyətinə təsir etməyəcək
  • Clock-gray 06:28
  • calendar-gray 16 İyul 2019

Avropa İttifaqının (Aİ) Türkiyəyə qarşı sanksiyaları onun Aralıq dənizinin şərqində qaz hasilatı ilə bağlı fəaliyyətinə heç bir təsir göstərməyəcək.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in açıqlamasında deyilir.

“Aİ Şurası tərəfindən qəbul olunmuş qərar Aralıq dənizinin şərq hissəsində karbohidrogen qazının hasilatını davam etdirmək baxımından ölkəmizin qətiyyətinə təsir etməyəcək”, - açıqlamada belə deyilir.

Türkiyə XİN, həmçinin onu da əlavə edib ki, ölkə qaz əldə olunması istiqamətində öz fəaliyyətini genişləndirmək niyyətindədir.

Qeyd edək ki, Aİ iyulun 15-də Kiprin azad iqtisadi zonasında aparılan karbohidrogen yataqlarının kəşfiyyatı ilə əlaqədar Türkiyəyə qarşı sanksiya tətbiq edib. Həmin zonada Türkiyəyə məxsus iki – “Fatih” və “Yavuz” qazma qurğuları yerləşdirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şelf yataqlarında kiprli türklərin hüquqlarının ölkəsi tərəfindən qorunmasına hazır olduğunu bəyan edib və yeri gəldikdə hərbi gücdən istifadə ediləcəyini də bildirb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date