Türkiyə XİN: “Belarus diplomatın güllələnməsinin siyasi tərəfi yoxdur”

Türkiyə XİN: “Belarus diplomatın güllələnməsinin siyasi tərəfi yoxdur”
  • Clock-gray 08:53
  • calendar-gray 25 İyul 2019

“Belarus səfirliyinin əməkdaşının səhhəti normaldır. Hadisə münaqişə zəminində baş verib, heç bir siyasi tərəfi yoxdur”.

APA-nın yerli bürosunun məlumatına görə, Ankaranın Çankaya bölgəsində güllələnən Belarus səfirliyinin inzibati işlər müşaviri Aleksandr Poqanşev haqqında məlumat verən Türkiyə Xarici İşlər Nazirliyi bu barədə məlumat verib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hadisə ilə əlaqədar Belarus xarici işlər naziri ilə əlaqə saxladığını, olayın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da nəzarətində olduğunu bilidirib.

Qeyd edək ki, Belarus diplomat qonşusu, təqaüddə olan hərbçi tərəfindən bir neçə dəfə güllələnib, sonra özü də intihar edib. Poqanaşev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində ölüm riskinin qarşısı alınıb.
 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date