Türkiyə XİN-lə Qırğızıstan XİN-in bir-birilərinə qarşılıqlı nota vermələrinə aydınlıq gətirilib

Türkiyə XİN-lə Qırğızıstan XİN-in bir-birilərinə qarşılıqlı nota vermələrinə aydınlıq gətirilib
# 07 iyun 2019 22:23 (UTC +04:00)

“Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Ahıska türklərinin də yaşadığı Orok kəndində 5 iyunda gənclər arasında bir münaqişənin böyüməsi nəticəsində kənddə bəzi vətəndaşlarımız çıxılmaz vəziyyətdə qalıblar. Bu ərəfədə bayram ziyarətinə gedən səfirliyimizin bir qrup işçisi səfirimizin və Qırğızıstan rəsmilərinin məlumatlandırılması əsasında həmin kənddə olub, vətəndaşlarımızın vəziyyəti ilə maraqlanıblar. Məlumat mətbuatda yayıldıqdan sonra 6 iyunda Bişkekdəki səfirimiz Qırğızıstan Xarici İşlər Nazirliyinə çağırılıb və ona Qırğızıstanın daxili işlərinə qarışması ilə bağlı nota verilib”.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən yayılan açıqlamada bu ifadələr yer alıb.

Açıqlamada daha sonra bildirilir ki, bu gün Qırğızıstanın Türkiyədəki səfiri Kubanıçbek Ömuralıyev Türkiyə XİN-ə çağırılıb və məsələyə aydınlıq gətirilib: “Nazir müavinimiz tərəfindən Qırğızıstan səfirinə nota verilərək, Türkiyənin Bişkekdəki səfirinin vəzifə məsuliyyətinə uyğun hərəkət etdiyi, Qırğızıstanın daxili işlərinə qarışmadığı bildirlib. Görüşdə Qırğızıstanla əlaqələrimizin hər zaman qardaşlıq şəraitində olduğu vurğulanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR