Türkiyədə 3 min 722 hakim və prokuror vəzifələrində dəyişiklik edilib

Türkiyədə 3 min 722 hakim və prokuror vəzifələrində dəyişiklik edilib
# 01 iyun 2019 05:31 (UTC +04:00)

Türkiyə Hakimlər və Prokurorlar Şurasının (HPŞ) Birinci Dairəsi tərəfindən elan edilmiş 2019 saylı qərarla inzibati məhkəmə sistemində 3 min 722 hakim və prokurorun vəzifə yerləri dəyişdirilib.

ONA DHA-ya istinadən xəbər verir ki, müvafiq qərara görə, 20 bölgənin baş prokurorlarının yeri dəyişdirilsə də İstanbul, eləcə də FETO işini aparan Ankara Baş prokuroru Yüksel Kocaman öz postunda saxlanılıb.

HPŞ-nin internet səhifəsində yerləşdirilmiş qərarda göstərilib ki, Diyarbakır və İzmir də daxil olmaqla 20 inzibati ərazidə dəyişiklik edilib. Lakin İstanbul və Ankara Baş prokurorları vəzifələrində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR