Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib.

Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib.
# 05 oktyabr 2019 04:32 (UTC +04:00)

Türkiyənin Muğla bölgəsində 4,1 bal gücündə zəlzələ olub.

APA Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə yerli Seysmoloji Mərkəzin məlumatında bildirilib.

Qeyd edilib ki, təkanlar yerli vaxtla saat 23:20-də qeydə alınıb.

Zəlzələnin episentri bölgənin Datça rayonundan 66 kilometr məsafədə olub. Yeraltı təkanların episentri təxminən 12 kilometr dərinlikdə müəyyən edilib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR