Türkiyədə 50-dən çox adam zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib

Türkiyədə 50-dən çox adam zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib
# 20 iyul 2019 05:44 (UTC +04:00)

Türkiyənin şərqindəki Ərzincan şəhərində kütləvi zəhərlənmə olub. Ümumilikdə 56 nəfər qidadan zəhərlənib, onların arasında 21 uşaq da var.

APA xəbər verir ki, bu barədə “Cümhuriyyet” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, şəhərin mərkəzində orduya yollanma ilə əlaqədar ziyafət təşkil olunub. Banket ziyafətindən sonra qonaqlardan bəziləri yüksək hərarət, ürəkbulanma və baş gicəllənməsi şikayətləri ilə təcili tibbi yardıma müraciət edib. Zəhərlənən şəxslərin hamısı xəstəxanalara yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR