Türkiyədə avtobus qəzaya uğrayıb, 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzaya uğrayıb, 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb
# 11 iyun 2019 09:25 (UTC +04:00)

Türkiyənin Balıkəsir vilayətinin Bandırma rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu gün səhər saatlarında sərnişin avtobusu ilə avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb.

Avtobusda sərnişinlərin Çanaqqalaya ekskursiyaya getdiyi müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR