Türkiyədə avtobusun aşması nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb

Türkiyədə avtobusun aşması nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb
# 17 avqust 2019 21:03 (UTC +04:00)

Türkiyədə Çanaqqala-İstanbul marşrutu üzrə hərəkət edən avtobus aşıb.

APA NTV telekanalına istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb.

Qəza Çanaqqala-Bursa yolunda baş verib. Yağıntılar səbəbindən yol sürüşkən olub və nəticədə avtobusun sürücüsü idarəetməni itirib.

Ölən şəxsin 17 yaşlı gənc olduğu bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR