Türkiyədə “Ergenekon işi” üzrə məhkəmə başa çatıb

Türkiyədə “Ergenekon işi” üzrə məhkəmə başa çatıb
# 01 iyul 2019 16:51 (UTC +04:00)

Türkiyədə “Ergenekon işi” ilə bağlı məhkəmə prosesi başa çatıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu gün İstanbulda keçirilən məhkəmədə qərar elan edilib. Qərarda “Ergenekon” terror təşkilatı kimi bir qrupun mövcud olmadığı göstərilib.

Bu səbəbdən iş üzrə təqsirləndirilən şəxslərə bəraət verilib.

Qeyd edək ki, “Ergenekon işi” üzrə araşdırma və həbslər 2006-cı ildə başlayıb, yüzlərlə hərbçi, siyasətçi həbs edilib. Onların arasında Türkiyənin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ, Vətən Partiyasının rəhbəri Doğu Perincek, general-mayor Vəli Kücük ömürlük həbs cəzası alıblar.
Daha sonra onların günahsız olduğu müəyyənləşib və azadlığa buraxıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR