Türkiyədə fabrikdə yanğın baş verib, 4 nəfər ölüb

Türkiyədə fabrikdə yanğın baş verib, 4 nəfər ölüb
# 06 iyun 2019 17:10 (UTC +04:00)

Türkiyədə fabrikdə baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.

Türkiyənin Kocaeli vilayətinin Çayırova bölgəsində yerləşən fabrikdə yanğın baş verib. APA-nın Türkiyədəki bürosunun verdiyi məlumata görə, içəridə olan 10 nəfərdən 4-ü yanaraq ölüb.

Digər 6 yaralı isə xəstəxanaya çatdırılıb.

Bu gün səhər saatlarında baş verən yanğını 5 saatdan sonra söndürmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR