Türkiyədə hərbi çevrilişə cəhddə təqsirləndirilən Akın Öztürk, Mehmet Dişli və digərlərinə hökm oxunub

Türkiyədə hərbi çevrilişə cəhddə təqsirləndirilən Akın Öztürk, Mehmet Dişli və digərlərinə hökm oxunub
# 20 iyun 2019 12:02 (UTC +04:00)

Türkiyədə 2016-cıl il iyulun 15-də hərbi çevrilişə cəhddə təqsirləndirilən şəxslərin bir qrupunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, FETÖ terror təşkilatına üzvlükdə, çevrilişə cəhddə təqsirləndirilən 128 nəfərə hökm oxunub. Onlardan 17-si azadlıqdan ömürlük məhrum edilib.

Azadlıqdan ömürlük məhrum edilənlər arasında hərbi çevrilişi həyata keçirməkdə təqsirləndirilən Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk, generallar Mehmet Dişli, Mehmet Partigöç, prezident Rəcəb Tayyib Ərdoğanın keçmiş baş yavəri Ali Yazıcı da var.

FETÖ terror təşkilatının başçısı Fətullah Gülən də daxil olmaqla, 13 nəfərin cinayət işi bu işdən ayrılıb.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə FETÖ terror təşkilatı hərbi çevrilişə cəhd edib. Nəticədə yüzlərlə insan ölüb və ya yaralanıb. Bu iş üzrə minlərlə şəxs həbs olunub. FETÖ terror təşkilatına üzvlərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər indiyədək davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR