Türkiyədə oğurluqda şübhəli bilinən 8 Gürcüstan vətəndaşı saxlanılıb

Türkiyədə oğurluqda şübhəli bilinən 8 Gürcüstan vətəndaşı saxlanılıb
  • Clock-gray 13:21
  • calendar-gray 05 Noyabr 2019

Türkiyədə oğurluqda şübhəli bilinən 8 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilib ki, Türkiyə polisinin Ankarada eyni vaxtda keçirdiyi əməliyyat zamanı evlərdən oğurluq etməkdə şübhəli bilinən 8 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

Saxlanılan şəxslərdən 6 min Türkiyə lirəsi, 50 min lirə dəyərində qızıl-zinət əşyaları, eləcə də saxta pasportlar müsadirə edilib.

Gürcüstan vətəndaşlarının saxta pasportlarla tez-tez kimliklərini dəyişdirdikləri və müxtəlif adlar altında fəaliyyət göstərdikləri qeyd olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date