Türkiyədə silahlı insident olub: 2 ölü, 8 yaralı var

Türkiyədə silahlı insident olub: 2 ölü, 8 yaralı var
# 28 may 2019 22:33 (UTC +04:00)

Türkiyənin Niğde əyalətinin Bayat kəndində silahlı insident olub.

ONA “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə iki qrup arasında baş verib.

İki qrupun davasında tərəflər odlu silahdan istifadə edib. Nəticədə 2 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

Hadisə yerinə polis və jandarm qüvvələri cəlb olunub, araşdırmalara başlanılıb. Yaralılar isə xəstəxanalara yerləşdirilib.

İnsidentin səbəbləri hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR