Türkiyəli diplomatlara hücum edən ikinci terrorçu da saxlanılıb

Türkiyəli diplomatlara hücum edən ikinci terrorçu da saxlanılıb
# 20 iyul 2019 21:49 (UTC +04:00)

Ərbil Təhlükəsizlik İdarəsi Türkiyənin Baş Konsulluğunun əməkdaşlarına hücum edən daha bir terrorçunun saxlandığını elan edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, türkiyəli diplomata hücum edən Məzlum Dağa yardım edən Məhəmməd Biskisiz bu gün
saxlanılıb.

Qeyd edək ki, türkiyəli diplomatlara hücum iyulun 17-də Ərbil restoranlarının birində baş verib. Nəticədə bir türkiyəli diplomat və 2 iraqlı həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR