Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik günü və Diplomatik xidmət orqanlarının 100 illiyi ilə bağlı tədbirlər keçirilib - FOTO

Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik günü və Diplomatik xidmət orqanlarının 100 illiyi ilə bağlı tədbirlər keçirilib - FOTO
# 17 oktyabr 2019 21:00 (UTC +04:00)

Türkiyənin Qars şəhərindəki Azərbaycanın Baş Konsulluğu 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi və Diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə tədbirlər keçirib.

APA-nın yerli bürosuna Azərbaycanın Qarsdakı Baş Konsulluğundan verilən xəbərə görə, Qars Baş Konsulluğunun inzibati binasında baş tutan tədbirdə Qars Qafqaz Universitetinin müəllim, tələbə heyəti iştirak edib. Qars Baş konsulu Nuru Quliyev Azərbaycan Dövlət Müstəqilliyinin tarixindən, Azərbaycan Diplomatik xidmət orqanlarının keçdiyi yoldan, dünəni və bu günündən geniş məlumat verib.

Sonra heyət Azərbaycan Diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar Qarsdakı Heydər Əliyev parkında ağacəkmə aksiyası keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR