Tusk: "Sabah “Brexit” üzrə razılaşma əldə oluna bilər"

Tusk: "Sabah “Brexit” üzrə razılaşma əldə oluna bilər"
# 16 oktyabr 2019 18:45 (UTC +04:00)

“Sabah Böyük Britaniya ilə “Brexit” üzrə razılaşma əldə oluna bilər”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk Polşanın TVN telekanalına deyib.

“7-8 saatdan sonra hər şey aydın olacaq. Mən razılaşmanın mətnini sabah günün birinci yarısına qədər əldə edəcəyimə ümid edirəm, bundan sonra Avropa İttifaqına üzv dövlətlər razılaşmanın detalları ilə tanış olacaqlar. Hər şey qaydasında gedir. Razılaşmanın əsas müddəaları hazırdır. Nəzəri olaraq sabah Böyük Britaniya ilə “Brexit” üzrə razılaşma əldə oluna bilər”, - deyə D. Tusk vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR