Tusk: “SSRİ-nin dağılması Rusiyanın özü üçün də müsbət dəyişiklik idi”

Tusk: “SSRİ-nin dağılması Rusiyanın özü üçün də müsbət dəyişiklik idi”
  • Clock-gray 10:37
  • calendar-gray 11 İyul 2019

“Mən ucadan və aydın şəkildə demək istəyirəm ki, SSRİ-nin dağılması Mərkəzi və Şərqi Avropa ölkələri üçün böyük və müsbət hadisə idi”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Gürcüstanın Batumi şəhərində “Şərq Tərəfdaşlığı”nın 10-cu ildönümü münasibəti ilə keçirilən 1-ci investisiya forumunda deyib.

O bildirib ki, Avropa İttifaqının genişlənməsi region üçün böyük nəticələr gətirib.

"Bu konfransda iştirak etmək böyük şərəfdir. Bu, Avropanın tarixində çox önəmli bir hadisədir. 2019-cu ildə biz Avropa İttifaqının genişlənməsinin 15-ci ildönümünü qeyd edirik. Bu, mənim ölkəmə, Polşaya da böyük nəticələr gətirib. Bu il biz Sovet İttifaqının çöküşünü də qeyd edirik. 2005-ci ildə Rusiya prezidenti ittifaqın dağılmasının böyük səhv olduğunu bildirmişdi. Mən ucadan və aydın şəkildə demək istəyirəm ki, bu hadisə Polşa üçün, Gürcüstan üçün, Mərkəzi və Şərqi Avropa ölkələri üçün və elə Rusiyanın özü üçün böyük və müsbət dəyişiklik idi”,-  D. Tusk vurğulayıb.


O qeyd edib ki, regionda Avropa İttifaqının da dəstəklədiyi önəmli tranzit və enerji layihələri həyata keçirilib və ittifaq əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə yeni imkanları nəzərdən keçirəcək.

 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date