Ukrayna prezidenti 15 vilayət qubernatorunu işdən azad edib

Ukrayna prezidenti 15 vilayət qubernatorunu işdən azad edib
# 11 iyun 2019 17:45 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski 15 vilayətin qubernatorlarını işdən azad edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka açıqlayıb. O bildirib ki, Çerniqov, Xmelnits, Xerson, Ternopol, Sum, Poltava, Odessa, Nikolayev, Lvov, Kirovoqrad, Kiyev, İvano-Frankov, Zaparojye, Zakarpatye və Volınsk vilayətlərinin rəhbərləri vəzifədən uzaqlaşdırılıblar.

Prezident həmçinin Ukrayna Təhlükəsizlik Xidmətində rəhbər vəzifəsini tutan bir sıra şəxsləri də işdən azad edib. Vəzifədən uzaqlaşdırılanlar arasında xidmətin rəis müavinləri Oleq Frolov və Vladislav Kosinski, həmçinin bir sıra regional idarələrin rəhbərlərinin adları da var. Onlar seçki kampaniyası zamanı qanuna zidd fəaliyyətlərdə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR