Ukrayna Prezidenti ABŞ-a rəsmi səfər edəcək

Ukrayna Prezidenti ABŞ-a rəsmi səfər edəcək
# 27 iyul 2019 13:37 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a rəsmi səfər edəcək.

APA-nın “Ukrinform”a istinadən xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin Ukrayna məsələsi üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib.

Onun sözlərinə görə, səfərin dəqiq vaxtı yaxın zamanda açıqlanacaq.

“Vladimir Zelenskiyə Donald Tramp tərəfindən dəvət göndərilib. Biz prezidenti ABŞ-da gozləyirik”, - Kurt Volker deyib.

O bildirib ki, hazırda ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Vilyam Teylor Vladimir Zelenskinin komandası ilə gözlənilən səfərin gündəmi üzərində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR