Ukraynada dayanacağa ildırım düşüb, üç nəfər ölüb

Ukraynada dayanacağa ildırım düşüb, üç nəfər ölüb
# 22 iyun 2019 13:04 (UTC +04:00)

Ukraynanın İvano-Frankovski vilayətində 3 nəfəri ildırım vurub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə vilayət polisinin mətbuat xidməti məlumat yayıb.

"Hadisə Roqatinski rayonunda baş verib. Beş nəfərin dayandığı avtobus dayanacağına ildırım düşüb və nəticədə hadisə yerində olanlardan üç nəfər ölüb, iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib",- deyə mətbuat xidmətinin məlumatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR