Ukrayna MSK: Seçkini baş tutmuş hesab etmək olar

Ukrayna MSK: Seçkini baş tutmuş hesab etmək olar
# 22 iyul 2019 12:10 (UTC +04:00)

Ukraynada keçirilmiş növbədənkənar parlament seçkilərini baş tutmuş hesab etmək olar.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tatyana Slipaçuk məlumat verib.

O qeyd edib ki, parlament seçkilərinin legitimliyini şübhə altına alacaq hadisələr baş verməyib.

Xatırladaq ki, ötən gün keçirilmiş növbədənkənar parlament seçkilərində Ukrayna prezidenti Vladimir Zelenskinin rəhbərlik etdiyi “Xalqın Xidmətçisi” partiyası 42,45 faiz səslə liderdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR