Ümumdünya Vəhşi Təbiət Fondu: Hər il dünya okeanına 12 milyon tona qədər plastik atılır

Ümumdünya Vəhşi Təbiət Fondu: Hər il dünya okeanına 12 milyon tona qədər plastik atılır
# 08 iyun 2019 09:43 (UTC +04:00)

“Hər il dünya okeanına 5 milyon tondan 12 milyon tona qədər plastik atılır. Okeanların ekosistemlərindəki dəyişiklər öz növbəsində iqlim dəyişmələrinə və atmosferdə karbon qazının artmasına səbəb olur”.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Ümumdünya Vəhşi Təbiət Fondu məlumat yayıb.

Məlumatda qeyd edilir ki, dünya okeanında bütün zibillərin üçdə birini plastik tullantılar təşkil edir. Son 50 ildə isə atmosferdə karbon qazının miqdarı dəfələrlə artıb.

Qurumun məlumatında bildirilir ki, iqlim dəyişmələri səbəbindən dünya okeanındakı böyük yırtıcı balıqların 90 faizi daha heç vaxt əvvəlki saylarına qədər arta bilməyəcək. Mərcan qayalarının təxminən yarısı isə qlobal iqlim dəyişikliyinə görə bərpa olunmayan zərərlərə məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR