Ursula von der Leyen Avropa İttifaqı Komissiyasının yeni prezidenti seçilib

Ursula von der Leyen Avropa İttifaqı Komissiyasının yeni prezidenti seçilib
# 16 iyul 2019 22:15 (UTC +04:00)

Bu gün Avropa Parlamentində baş tutan gizli səsvermədə Ursula von der Leyen 383 parlament üzvünün dəstəyini qazanaraq Avropa İttifaqı (Aİ) Komissiyasının yeni prezidenti seçilib.

APA-nın xəbərinə görə, hazırda Avropa İttifaqı Komissiyasının prezidenti vəzifəsini icra edən Jan-Klod Yunker oktyabrın 31-də vəzifədən gedəcək.

Qeyd edək ki, yen seçilən prezident bundan əvvəl Almaniyanın müdafiə naziri vəzifəsində çalışıb. O, Aİ Komissiyasının prezidenti vəzifəsinə seçilən ilk qadındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR