Varşavanın mərkəzində hündürmərtəbəli binada yanğın olub

Varşavanın mərkəzində hündürmərtəbəli binada yanğın olub
# 08 iyun 2019 08:34 (UTC +04:00)

Polşanın paytaxtı Varşava şəhərinin mərkəzindəki göydələnlərin birində yanğın olub.

APA “Life”a istinadən xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, alov binanın əsasən yuxarı mərtəbələrini əhatə edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə nəzarəti gücləndirib, sakinləri yanğın olan ünavana yaxınlaşmamağa çağırıb.

Yanğının səbəbləri və xəsarət halları ilə bağlı hələlik bir məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR