Vladimir Zelenski NATO-ya daxil olmaqla bağlı referendum keçirmək niyyətindədir

Vladimir Zelenski NATO-ya daxil olmaqla bağlı referendum keçirmək niyyətindədir
# 05 iyun 2019 12:46 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın NATO-ya daxil olma məsələsi ilə bağlı referendum keçirmək niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə V. Zelenski “Zavtrak s 1+1” proqramında canlı bağlantı zamanı bildirib.

V. Zelenski ukraynalıların müsbət cavab verəcəyinə əmin olduğunu vurğulayıb.

“Birincisi, bizim müstəqil ölkəmiz var və bu, bizim seçimimizdir. Bu, bizim Avropa və NATO-ya yönəlmiş siyasi kursumuzdur”, - deyə prezident qeyd edib.

O əlavə edib ki, Ukraynanın NATO siyasətinin kökündə ölkənin təhlükəsizliyi və yüksək səviyyəli ordunun qurulması dayanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR