Yaponiya imperatoru ABŞ prezidentini qəbul edib

Yaponiya imperatoru ABŞ prezidentini qəbul edib
  • Clock-gray 06:32
  • calendar-gray 27 May 2019

Yaponiyanın yeni imperatoru Naruhito ABŞ prezidenti Donald Trampı özünün Tokiodakı sarayında qəbul edib.

ONA xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Məlumata görə, Tramp yeni imperatorun qəbul etdiyi ilk ölkə lideridir. ABŞ prezidentini və onun xanımı Melaniyanı imperator Naruhito və imperatriça Masako qarşılayıb.

D.Tramp və xanımının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Daha sonra hər iki ölkənin himnləri səsləndirilib. ABŞ lideri və xanımı bundan sonra imperatorun adətən qonaqları qəbul etdiyi “Bambuk zal”a daxil olub.

İmperatorun qəbulunun ardınca Tramp Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşüb. Bildirilir ki, tərəflər iki ölkə arasındakı ticarət əlaqələrini, eləcə də Koreya yarımadası ilə bağlı məsələləri müzakirə edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date