Yunanıstan Türkiyəyə 10 min qaçqın göndərəcək

Yunanıstan Türkiyəyə 10 min qaçqın göndərəcək
  • Clock-gray 00:54
  • calendar-gray 02 Oktyabr 2019

Yunanıstan 10 min qaçqını 2020-ci ilin sonunadək Türkiyəyə göndərəcək.

APA-nın "NTV" telekanalına istinadla verdiyi xəbərə görə, bu qərar Yunanıstanın Midilli adasındakı sığınacaq düşərgəsində çıxan yanğından sonra verilib.

Yunanıstan hökuməti keçmiş baş nazir Aleksis Tsiprasın dövründə Türkiyəyə 4 il içində 1806 qaçqının geri göndərildiyini bildirib. Yeni baş nazir Kiriakos Miçotakis isə Egey dənizi sahillərində daha çox sahilin təhlükəsizlik məsələlərinə diqqət edəcəklərini, qaçqınlarla bağlı məsələni isə gözdən keçirəcəklərini bildirib. 

Baş nazir Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşərkən "sığınacaq haqqına sahib olanlar Yunanıstanda qala bilər, bu haqqı əldə edə bilməyənlər Avropa İttifaqı və Türkiyə arasında bağlanan razılaşma əsasında Türkiyəyə geri dönməlidir" demişdi. 

Qeyd edək ki, Türkiyə mediasında Midilli adasında FETÖ və İŞİD terror təşkilatının üzvlərinin də sığınacaq aldığına aid məlumatlar yer alır.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date