Yunanıstanda Qərbi Nil qızdırmasından 15 nəfər ölüb

Yunanıstanda Qərbi Nil qızdırmasından 15 nəfər ölüb
# 05 sentyabr 2019 21:14 (UTC +04:00)

Yunanıstanda bu ilin 5 sentyabrınadək Qərbi Nil qızdırmasından 15 nəfər ölüb, daha 158 adam bu xəstəliyin daşıyıcısıdr.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Milli İctimai Sağlamlıq Təşkilatı məlumat yayıb.

Son həftə ərzində daha 27 nəfər bu xəstəliyə yoluxub və onlardan ikisi ölüb.

Bildirilir ki, bu hərarət xəstəliyi ağcaqanadlar vasitəsilə yayılır. Virus mərkəzi sinir sistemindəki ağırlaşmalara, daha dəqiq desək, ensefalit, meningit və ya iflicə səbəb ola bilər.

Qərbi Nil qızdırmasının əlamətlərinə yüksək hərarət, baş ağrısı, yorğunluq, əzələ ağrısı, ürəkbulanma, qusma, bəzən şişkin limfa düyünləri daxildir. Vaxtında həkimə müraciət olunmazsa, ölümcül bir nəticə mümkündür.

Qərbi Nil qızdırması AB-nin digər 9 ölkəsində və Yunanıstanla qonşu ölkələrdə də müəyyən edilib. Bunlar Macarıstan, Rumıniya, Fransa, İtaliya, Kipr, Avstriya, Bolqarıstan, Serbiya və Türkiyədir. Siyahıya son həftə ərzində daha iki ölkə əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR