Yunanıstanın yeni hökumətinin tərkibi açıqlanıb

Yunanıstanın yeni hökumətinin tərkibi açıqlanıb 
  • Clock-gray 23:10
  • calendar-gray 08 İyul 2019

 

Yunanıstanın Yeni Demokratiya Partiyasının lideri Kiryakos Mitsotakis bu gün səhər sabiq Baş nazir Aleksis Çiprasdan vəzifəni təhvil alıb.

APA “DHA”ya istinadən xəbər verir ki, hökumət rəsmisi Stelios Petsas isə yeni hökumətdə təmsil ediləcək nazirlərin məlum olduğunu açıqlayıb. 

Bildirilib ki, sabah saat 12.00-da yeni hökumətin nazirləri sabiq həmkarları ilə təhvil-təslim edəcəklər. 

Çərşənbə günü isə Nazirlər Şurasının ilk toplantısı keçiriləcək və parlament iyulun 17-də işə başlayacaq.

Baş nazir Mitsotakis qeyd edib ki, vaxt məhdudiyyəti üzündən məclisin yaz tətilinə getməyəcək.

APA "İnterfax"a istinadla xəbər verir ki, yeni hökumətin tərkibi elan edilib.

Maliyyə naziri iqtisadçı Xristos Staikuras, Xarici işlər naziri hüquqşünas Nikos Dedias, Daxili işlər nazirli isə Mixalis Xrisoxidis təyin edilib.


 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date