Zurabişvili Gürcüstana edilən irimiqyaslı kiberhücumdan danışıb

Zurabişvili Gürcüstana edilən irimiqyaslı kiberhücumdan danışıb
# 06 noyabr 2019 10:37 (UTC +04:00)

“Regionda müharibə, terrorizm və miqrasiya kimi məsələlər bizim təhlükəsizliyimizi təhdid edir. Bu, daha çox əməkdaşlıq, tərəfdaşlarımızla daha çox informasiya mübadiləsini zəruri edir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Batumidə keçirilən 13-cü beynəlxalq Gürcüstan Müdafiə və Təhlükəsizlik konfransının açılış mərasimində Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

O bildirib ki, əməkdaşlığın əsas istiqamətlərindən biri də kibertəhlükəsizlik sahəsi olmalıdır.

“Kibertəhlükəsizlik əsas çağırışlardan birinə çevrilib. Ötən həftə Gürcüstanda 13 min internet saytına haker hücumu olub, Prezident Administrasiyasının internet səhifəsi də kiberhücuma məruz qalıb”, - deyə S. Zurabişvili qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR