Türkiyə Hərbi Dəniz Qüvvələrinin 6 hərbçisi avtomobil qəzası nəticəsində dünyasını dəyişib

Türkiyə Hərbi Dəniz Qüvvələrinin 6 hərbçisi avtomobil qəzası nəticəsində dünyasını dəyişib
# 22 yanvar 2009 08:07 (UTC +04:00)
Kocaeli – APA. Türkiyənin Kocaeli bölgəsinin Gölcük rayonu ərazisində baş verən avtomobil qəzası nəticəsində 6 hərbçi ölüb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, içində Hərbi Dəniz Qüvvələrinin 3 zabiti və 3 matrosu olan avtomobil yanvarın 21-də yerli vaxtla saat 23.45-də Gölcük rayonunun Dəyirmandərə kəndi ərazisində yük maşını ilə toqquşub. Uçuruma yuvarlanan avtomobilin içindəki hərbçilərin hamısı dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR