Avropa Parlamenti NATO ilə əməkdaşlığı prioritet hesab edir

Avropa Parlamenti NATO ilə əməkdaşlığı prioritet hesab edir
# 23 yanvar 2009 10:06 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa Parlamentinin xarici işlər məsələləri üzrə komitəsi NATO ilə əməkdaşlığın gücləndirilməsini tövsiyə edib. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, söhbət deputat Ari Vatanenin hazırladığı hesabatdan gedir. Sənəddə bildirilir ki, NATO Avropanın təhlükəsizliyindən bünövrə rolunu oynayır. Avropa Parlamenti hesab edir ki, Avropa İttifaqının gələcəkdə kollektiv müdafiəsi NATO ilə əməkdaşlıq çərçivəsində təşkil oluna bilər. Avropa İttifaqına üzv ölkələrdən Avstriya, Kipr, Finlandiya, İrlandiya, Malta və İsveç NATO üzvü olmasa da, Avropa Parlamenti hesab edir ki, Avropa İttifaqı-NATO formatında görüşlərdə birliyini bütün ölkələri iştirak etməlidir. Hesabat layihəsi Avropa Parlamentinin fevral sessiyasında müzakirəyə çıxarılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR