Türkiyə ordusunun Baş Qərargahı intihar etmiş polkovnikə iftira atan qəzet haqqında media təşkilatlarına şikayət edib

Türkiyə ordusunun Baş Qərargahı intihar etmiş polkovnikə iftira atan qəzet haqqında media təşkilatlarına şikayət edib
# 23 yanvar 2009 10:58 (UTC +04:00)
Ankara – APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 19-da intihar edən polkovnik Abdulkərim Kırca ilə bağlı iftira xarakterli xəbərlər yayan qəzet haqqında Mətbuat Şurası və Jurnalistlər Cəmiyyətinə şikayət edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Baş Qərargahın ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general Mətin Gürak deyib. Media üçün keçirdiyi ənənəvi həftəlik brifinqdə çıxış edən M. Gürak həmin qəzetin Baş Qərargahdakı akkreditasiyasını ləğv edə biləcəklərini açıqlayıb. (Söhbət Türkiyənin indiki hökumətinə yaxın olan “Star” qəzetindən gedir).

Ölkənin müxtəlif nöqtələrində yer altından silah-sursat tapılmasına da toxunan general bəyan edib ki, bu silahların kimlərə məxsus olduğunun aydınlaşmasında ən çox ordu maraqlıdır. M. Gürak yanvarın 29-30-da Ankarada terrorla mübarizə mövzusunda toplantı təşkil edəcəklərini və cənub-şərq bölgələrində PKK ilə mübarizədə iştirak edən bütün zabitlərin bu toplantıya çağırılacağını da açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR