PKK lideri Murad Qarailan terror təşkilatının hərbi qanadının başçısını neytrallaşdırıb

PKK lideri Murad Qarailan terror təşkilatının hərbi qanadının başçısını neytrallaşdırıb
# 23 yanvar 2009 12:36 (UTC +04:00)
Ankara – APA. Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində ağır zərbə alan PKK terror təşkilatı daxilində çəkişmələr güclənib. APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, PKK-nın hazırkı faktiki lideri, türkiyəli Murad Qarailan uzun müddətdir çəkişdiyi əsas rəqibi, terror təşkilatının hərbi qanadının başçısı, suriyalı Fəhman Hüseyni neytrallaşdırıb. Kəşfiyyatın məlumatına əsasən 2008-ci ilin dekabr ayında PKK rəhbərliyinin İraqın şimalındakı Qəndil dağında keçirilən toplantısında silahlı qanadın fəaliyyəti müzakirə olunub. M. Qarailanın sədrliyi ilə keçirilən toplantıda hərbi qanadın lideri, kod adı “Bahoz” olan Fəhman Hüseynin fəaliyyətindən narahatlıq ifadə olunub. Keçirilən əməliyyatlarda ağır itkilər verilməsi və PKK-nın beynəlxalq aləmdə çətin vəziyyətə düşməsinə görə F. Hüseynin məsuliyyət daşıdığı vurğulanıb. Qərara alınıb ki, F. Hüseyn tutduğu vəzifədən kənarlaşdırılaraq yerinə Qədri Çelik adlı başqa bir terrorçu gətirilsin. Bundan qəzəblənən F. Hüseyn terrorçular arasında M. Qarailanın əleyhinə təbliğata başlayaraq onu qorxaqlıqda ittiham edib: “Murad Qarailan Aponun əmrindən kənara çıxa bilmir, imperialist qüvvələrə nökərçilik edir”. Bunu eşidən M. Qarailanın ötən həftə F. Hüseyni Qəndil dağına gətirtdiyi və ətraf aləmdən təcrid edərək dindirdiyi bildirilir. Hadisədən xəbər tutan bəzi suriyalı terrorçular PKK sıralarından uzaqlaşaraq ölkələrinə qaçıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR